“Belarus bu gün”
Mədəniyyət günləri
çərçivəsində fotosərgi açılıb
İyunun 5-də
Azərbaycanda Belarus Mədəniyyəti
Günləri çərçivəsində
paytaxtdakı “1969” qalereyasında
“Belarus bu gün” mövzusunda fotosərginin
açılışı oldu.
Tədbirdə Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, Belarus mədəniyyət
nazirinin müavini Vasili Çernik, iki ölkənin incəsənət xadimləri,
sənətsevərlər iştirak
edirdi.
Sərginin açılışında çıxış edən
Ədalət Vəliyev
Belarus Mədəniyyəti Günləri çərçivəsində
keçirilən tədbirlərdən
danışdı. Qeyd etdi
ki, iki ölkə
arasında qarşılıqlı
münasibətlər bütün
sahələrdə, o cümlədən
mədəniyyət sahəsində
uğurla inkişaf edir.
Tədbir iştirakçılarını
salamlayan Belarus mədəniyyət
nazirinin müavini Azərbaycan xalqının
ünvanına xoş
sözlərini çatdırdı,
ölkəmizin qədim
və böyük mədəniyyətə sahib olduğunu
bildirdi. Bakıda
belə bir tədbirin keçirilməsindən
məmnunluğunu dilə
gətirən Vasili Çernikin sözlərinə
görə, qarşılıqlı
mədəniyyət günləri
iki ölkə arasında əməkdaşlığın
yüksək səviyyədə
olduğunu göstərir:
“Mən ilk dəfədir
ki, Bakıdayam. Paytaxtınız və qonaqpərvər
insanlarınız məni
valeh etdi. Şəhəriniz və ümumilikdə
ölkəniz haqqında
xoş təəssüratlarımı
dilə gətirməkdən
məmnunam”.
Qonaq vurğuladı ki,
Prezident İlham Əliyev və belaruslu həmkarı Aleksandr Lukaşenkonun şəxsi dostluğu sayəsində ölkələrimiz
arasında əlaqələr
möhkəmlənir və
inkişaf edir.
Daha sonra Belarus musiqisinin
melodiyası altında
sərgiyə baxış
keçirildi. Ekspozisiyada iki
ölkə prezidentlərinin
birgə şəkilləri,
Belarus xalqının həyat
tərzini, mədəniyyətini,
musiqisini, bu ölkənin təbiətini,
turizm potensialını
əks etdirən fotoşəkillər və
rəsm əsərləri
nümayiş olunurdu.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 8.